Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Jan-Klod Minyon mayın 27-də Fəxri xiyabana gedərək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə çiçəklər qoymuşdur.
AzərTAc xəbər verir ki, sonra qonaq Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə güllər düzmüşdür.
Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.
AzərTAc