PDF Oxu

Siyasət

  • 8

Jan-Klod Minyon: 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail oluna bilər

Jan-Klod Minyon: 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail oluna bilər

2013-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail oluna bilər. Bunu bazar ertəsi Bakıda jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon bildirib.

Onun sözlərinə görə, buna səbəb Ermənistan və Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etmələridir.

Jan-Klod Minyon bildirib ki, 2013-cü il bəlkə də müstəsna ildir ki, hər iki dövlətin Nazirlər Komitəsinə sədrlik edəcəyi dövrdə münaqişənin həllinə şərait yaradılır:

"Həmin komitəyə Ermənistan, Avstriya və Azərbaycan əlifba sırası ilə sədrlik edəcəklər və bu, ondan istifadə edib, münaqişənin həlli yollarının tapılması üçün tarixi bir şansdır".

Minyonun sözlərinə görə, 2013-cü ildə Fransa və Almaniya arasında baş vermiş münaqişənin həllinə səbəb olan müqavilənin imzalanmasından 50 il ötür: "Fransa və Almaniya arasında 50 il qabaq olan barışıq bu gün Ermənistan və Azərbaycan arasında da baş verə bilər".

Minyon qeyd edib ki, AŞ PA-da Dağlıq Qarabağla bağlı Alt Komitənin fəaliyyətini dayandırmasına baxmayaraq, Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə mütəmadi görüşlər keçirilir və münaqişənin həlli yolları müzakirə edilir: "Həmçinin mən Fransanın ATƏT-in Minsk qurupundakı nümayəndəsi ilə sıx əlaqə saxlayaraq münaqişənin tənzimlənməsi prosesi ilə tanış oluram".

yap.org.az

Digər xəbərlər