PDF Oxu

Siyasət

  • 7

Zahid Oruc: “Vahid namizəd məsələsi müxalifət qüvvələrini tamamilə məhv edəcək”

Zahid Oruc: “Vahid namizəd məsələsi müxalifət qüvvələrini tamamilə məhv edəcək”

"Müxalif qüvvələr o qədər siyasi adlar ixtira ediblər ki, bununla ictimai fikri özlərinə diqqətdən məhrum ediblər". Bunu SİA-ya millət vəkili Zahid Oruc müxalifətin Milli Şuranın yaradılması ilə bağlı canfəşanlığına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, vətəndaş düşüncəsində hansısa bir qeyri-adi gözlənti yoxdur ki, bu qüvvələrin timsalında müxalifət öz fəaliyyəti ilə meydana çıxsın: "Siyasət üçün ən mühüm iş gözlənti və müəyyən mənada ictimai həyatı özünə bağlamaq bacarığıdır. Müxalifət isə bunu itirib. Konqres, Dub, Sitsu və s. müxtəlif adları tarixin arxivinə verən bu qüvvələr indi də Milli Şura adlı qurumun yaradılmasını ortalığa atıblar. Göründüyü kimi, bu da tarixə indekslənməyin nəticəsidir. Həmin dövrdə belə bir qurum parlamentdə də olub. Bu mənə sadəcə Sovet dövründəki şuraları xatırladır".

İsa Qəmbərin qurultay keçirilmədən vahid namizəd kimi ortalığı qatmasına gəlincə, deyə bilərəm ki, vahid namizəd məsələsi müxalifət qüvvələrini tamamilə məhv edəcək: "Eldar Namazovun, Əli Kərimlinin, İsa Qəmbərin və digərlərinin biraraya gəldiyi məclis konfiliktlərin olduğu məkandır. Bu mənada düşünürəm ki, Milli Şuranın yaradılması Azərbaycan cəmiyyətinə heç nə qazandırmayacaq".

sia.az

Digər xəbərlər