PDF Oxu

Siyasət

  • 8

Cənubi Qafqaz Forumu Helsinkidə müzakirə olunub

Cənubi Qafqaz Forumu Helsinkidə müzakirə olunub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Azərbaycanda təşkil etdiyi Cənubi Qafqaz Forumu çərçivəsində Helsinkidə bir sıra görüşlər keçirilib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən SİA– ya verilən məlumata görə, görüşlərdə ən əhəmiyyətli müzakirə mövzusu uzun illər dondurulmuş vəziyyətdə qalan Dağlıq Qarabağ münaqişəsi olub. Finlandiyanın sabiq prezidenti Tarja Halonen, ATƏT-in Minsk Qrupunun ilk sədri, səfir Heikki Talvitie dünya ictimaiyyətinin bu münaqişəyə daha çox diqqət ayırmalı olduğunun vurğulayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının üzvü, Finlandiyanın sabiq prezidenti xanım Tarja Halonen qeyd edib ki, Cənubi Qafqaz Forumu Azərbaycanın regionda mövcud olan əhəmiyyətli rolunu bir daha göstərdi. Xanım Tarja Halonen həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzin yaranmasından qısa zaman keçməsinə baxmayaraq, göstərdiyi fəaliyyətdən məmnunluğunu bildirib.

Helsinkiyə səfər çərcivəsində Finlandiyanın Mədəniyyət məsələləri üzrə Ombudsmanı xanım İmi Villacis ilə görüş keçirilib. Xanım İmi Villacis Finlandiyanın mədəniyyət layihələrini koordinasiya edən Finlandiya Mədəniyyət İnstitutunun rəhbəridir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Finlandiya İnstitutu ilə əməkdaşlığı razılaşdırılıb.

sia.az

Digər xəbərlər