Azərbaycan ilə Türkiyə azad ticarət haqqında Sazişin imzalanması üzərində çalışırlar.
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bu fikri Qəbələdə səsləndirmişdir.
Z.Çağlayanın sözlərinə görə, işçi qrup yaxın vaxtlarda imzalanacaq sazişin hazırlanması üzərində çalışır. Saziş ticarət əməliyyatlarının həyata keçirilməsini əhəmiyyətli dərəcədə sadələşdirəcək, qarşılıqlı ticarətin həcmini artıracaqdır.
Gürcüstan ilə Türkiyə Respublikası arasında azad ticarət haqqında saziş 2007-ci noyabrın 21-də Tbilisidə imzalanmışdır.
Xatırladaq ki, mayın 25-də Qəbələdə Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumu keçirilmişdir.
2012-ci ilin yekunlarına görə, Azərbaycan ilə Türkiyə arasında əmtəə dövriyyəsi 2,12 milyard dollar təşkil etmişdir. Bu zaman Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında idxalın həcminə görə birinci yeri (1520,04 milyon dollar) tutmuş, onun Azərbaycan idxalında xüsusi çəkisi 15,75 faiz təşkil etmişdir.
yap.org.az