PDF Oxu

Siyasət

  • 16

AŞPA prezidenti Jan-Klod Minyon: Azərbaycanda mövcud olan inkişafı heç kəs inkar edə bilməz

AŞPA prezidenti Jan-Klod Minyon: Azərbaycanda mövcud olan inkişafı heç kəs inkar edə bilməz

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Jan-Klod Minyon mayın 27-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə çiçəklər qoymuşdur.

Jan-Klod Minyon burada jurnalistlərə müsahibəsində demişdir: "Hazırda Azərbaycan elə yüksək templə inkişaf edir ki, bunu görməmək mümkün deyildir. Heç kim Azərbaycanda baş verən bu dəyişiklikləri inkar edə bilməz. Bu gün həqiqətən Azərbaycanın hərtərəfli və yüksək səviyyədə inkişafı üçün kifayət qədər uğurlu addımlar atılır. Məsələn, ölkədə yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə endirilmişdir. Bu, kifayət qədər mütərəqqi addımdır və beynəlxalq səviyyədə böyük maraq doğurur".

Jan-Klod Minyon vurğulamışdır ki, eyni zamanda, Azərbaycan bu gün regionda güclü strateji əhəmiyyətə malikdir və bu, AŞPA üçün çox vacib məsələdir. Jan-Klod Minyon bildirmişdir ki, ən başlıcası Azərbaycan hakimiyyəti böyük irəliləyişlər əldə etmək üçün güclü siyasi iradəyə malikdir. AŞPA prezidenti daha sonra demişdir: "Amma tarixi təcrübəni də unutmaq olmaz. Yenicə demokratiya yoluna qədəm qoymuş bir ölkədən birdən-birə çox şey tələb etmək düzgün deyildir. Avropa Şurasının vəzifəsi ondan ibarətdir ki, üzv ölkələrə bu sahədə yardım etsin və öz təcrübəsini onlarla bölüşsün. Mələsən, bizim əlimizdə korrupsiyaya, çirkli pulların yuyulmasına qarşı mübarizə, insan hüquqlarının qorunması ilə bağlı çox güclü vasitələr vardır və digər üzv ölkələr kimi, Azərbaycanın da bundan yararlanmağa səlahiyyəti və haqqı çatır".

Sonra qonaq Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə güllər düzmüşdür.

Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

yap.org.az

Digər xəbərlər