Yeni Azərbaycan Partiyasının V qurultayı iyun ayının əvvəlində keçiriləcək. Bu barədə Trend-ə YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov bildirib ki, artıq rayon-şəhər təşkilatlarının əksəriyyətində konfranslar yekunlaşıb: "Mayın 31-dək demək olar ki, hamısı yekunlaşır və nümayəndələr seçilib, iyunun əvvəlində isə V qurultay baş tutacaq".
yap.org.az