Mayın 29-da Bakıda "Azərbaycanın müəllif-hüquq sistemi 20 ildə" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, Müəllif Hüquqları Agentliyinin (MHA) müstəqillik dövründəki fəaliyyətinin 20 illiyinə həsr olunan tədbirdə Azərbaycan ilə yanaşı, bir sıra xarici ölkələrdən mütəxəssislərdə iştirak edirlər.
Konfransda MHA-nın sədri Kamran İmanovun "Azərbaycanın müəllif-hüquq sistemi 20 ildə" mövzusunda məruzəsi dinlənilmişdir.
AzərTAc