"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən hər il təxminən 6 minə yaxın uşaq istirahət düşərgələrinə göndərilir. Ancaq hesab edirəm ki, bu rəqəm aşağı göstəricidir, Azərbaycanda sovetlər dövründə olan pioner yay düşərgələrinin yeni formada bərpasında ehtiyac var". Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib.
S.Mehbalıyev bildirib ki, bu gün yay istirahət düşərgələrinin bərpasına böyük ehtiyac var. Onun sözlərinə görə, hər il 3 aydan artıq müddətdə uşaqlar yay tətilinə buraxılırlar. Ancaq onların hamısının imkanı yoxdur ki, istirahət düşərgələrində istirahət etsin.
"Bu zaman həmin uşaqlar qeyri-sağlam vərdişlərə qoşula bilərlər. Ona görə də, uşaqların yay dövründə istirahətlərinin səmərəli təşkil olunması üçün yay-istirahət guşələrinin sayının artırılması zəruridir"- deyə, S.Mehbalıyev vurğulayıb.
yap.org.az