PDF Oxu

Siyasət

  • 20

Kamran İmanov: Erməni oğurluqları ilə bağlı Azərbaycan müəyyən preventiv işlər aparır

Kamran İmanov: Erməni oğurluqları ilə bağlı Azərbaycan müəyyən preventiv işlər aparır

"Erməni oğurluqları artıq iki yüz ildən çoxdur ki, davam edir. Bununla bağlı olaraq Azərbaycan müəyyən preventiv işlər aparır". Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

K.İmanov bildirib ki, ermənilər keçən dövr ərzində Azərbaycanın milli mədəniyyətini oğurlayıblar, oğurlayırlar və bu işi yenə də davam etməyə çalışacaqlar.

"Azərbaycan Avropada yeganə dövlətdir ki, öz faktiki nümunələrini qoruyur. Erməni oğurluqları ilə bağlı olaraq Agentliyimiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət edir. Bu müraciətimizi isə təşkilat ermənilərə çatdırır. Gələn ilin əvvəllərində Ümumdünya Əqli Mülkiyyət təşkilatı iki mühüm konvensiya qəbul etməlidir. Bu konvensiya sayəsində təşkilata üzv olan ölkələr folklor nümunələrinin və ənənəvi biliklərin qorunması ilə bağlı müəyyən öhdəliklər götürəcək. Ölkəmiz bu konvensiyanın çox tezliklə qəbul olunmasını gözləyir"- deyə, K.İmanov qeyd edib.

yap.org.az

Digər xəbərlər