PDF Oxu

Siyasət

  • 16

Əbülfəs Qarayev: Azərbaycanın reallıqları, habelə aparılan informasiya müharibəsi mədəniyyətin daha çox siyasi potensiallarına müraciəti aktuallaşdırır

Əbülfəs Qarayev: Azərbaycanın reallıqları, habelə aparılan informasiya müharibəsi mədəniyyətin daha çox siyasi potensiallarına müraciəti aktuallaşdırır

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşan dövlət siyasətinin bütün istiqamətləri xalqın rifahına, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına və işğal olunmuş torpaqların geri qaytarılmasına xidmət edir. Bu mənada mədəniyyətin və turizmin strateji tandemi də respublikamızın dünyada tanıdılmasına, Azərbaycanımızın zəngin tarixə, rəngarəng mədəniyyətə malik olan və sivil ölkə kimi beynəlxalq imicinin formalaşmasına, habelə beynəlxalq təbliğatının aparılmasına xidmət etməlidir. Bu cür yanaşma mədəniyyət amilinin siyasi potensialının aşılanmasını və mədəniyyət sahəsinin cəmiyyətdə olan imicinin əsaslı şəkildə artırılmasını tələb edir". Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, mədəniyyət siyasətinin qarşısında duran mürəkkəb və dövlət əhəmiyyətli məqsədlər sovet dövründə müşahidə olunan mədəniyyətin rəmzi kontekstindən imtina olunmasını bir şərt olaraq məcbur edir. Onun sözlərinə görə, bu gün Azərbaycanın reallıqları, habelə aparılan informasiya müharibəsi mədəniyyətin daha çox siyasi potensiallarına müraciəti aktuallaşdırır.

"Dünyada cərəyan edən sosial-iqtisadi və siyasi proseslər, habelə mahiyyət etibarilə mürəkkəb olan qloballaşma təzahürləri mədəniyyət siyasətinin qarşısında milli mənəvi dəyərlərin mühafizəsi, mədəni inteqrasiyanın optimal yollarının araşdırılması, mövcud nəzəri baxışların və yanaşmaların konseptual bir şəklə gətirilməsi, mənəvi və milli dəyərlərin təbliği və digər bu kimi vəzifələri müəyyən edir. Təsadüfi deyil ki, bizim nazirlik bütün sahələrin inkişafında mühüm rol oynayan elmi potensiallara müraciəti sahənin prioritet məqsədlərindən biri kimi müəyyən edib"- deyə, nazir vurğulayıb.

yap.org.az

Digər xəbərlər