Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ölkəmizin Niderland Krallığındakı səfirliyində təntənəli tədbir keçirilmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Krallığın Xarici İşlər, Ətraf Mühit və İnfrastruktur, Ədliyyə və Təhlükəsizlik nazirliklərinin, digər dövlət qurumlarının, Haaqa, Rotterdam şəhər bələdiyyələrinin təmsilçiləri, Niderland Parlamentinin deputatları, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, beynəlxalq təşkilatların, ölkənin biznes və elmi dairələrinin, ictimaiyyətin nümayəndələri, Benilüks Azərbaycanlıları Konqresinin, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin üzvləri iştirak etmişlər.
Tədbir iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və musiqisindən, iqtisadi inkişafından bəhs edən videoçarx nümayiş etdirilmişdir. Videoçarx tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
Tədbirin sonunda səfirlik tərəfindən ziyafət verilmiş, qonaqlara milli mətbəximizin ləziz təamları təqdim olunmuşdur.
AzərTAc