PDF Oxu

Siyasət

  • 11

Ağacan Abiyev: Dünya səviyyəli nüfuzlu idman yarışlarının ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb

Ağacan Abiyev: Dünya səviyyəli nüfuzlu idman yarışlarının ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb

"Son illər Azərbaycan çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu baxımdan, dünya səviyyəli nüfuzlu idman yarışlarının ölkəmizdə keçirilməsi də artıq ənənə halını alıb". Bu fikirləri Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, ölkəmizdə güclü idman idman infrastrukturu yaradılır. Onun sözlərinə görə, bu amil həm gənclərimizin sağlam ruhda inkişaf etməsinə, həm də beynəlxalq miqyaslı yarışların respublikamızda keçirilməsinə ciddi əsaslar yaradır.

"Dünyanın, Avropanın mötəbər idman təşkilatları da Azərbaycanın bu potensialını yüksək qiymətləndirirlər. Birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar da bu faktın göstəricisidir. Artıq birmənalı olaraq deyə bilərik ki, Azərbaycan dünyanın nüfuzlu idman ölkələrindən biridir"- deyə, A.Abiyev qeyd edib.

yap.org.az

Digər xəbərlər