PDF Oxu

Siyasət

  • 11

Al Baldasaro: Azərbaycanın inkişaf modeli çox uğurludur

Al Baldasaro: Azərbaycanın inkişaf modeli çox uğurludur

Azərbaycanın inkişaf modeli olduqca uğurludur. Son illər ölkənizdə iqtisadi sahədə əldə edilmiş nailiyyətlər həqiqətən də təqdirəlayiqdir. Paytaxt Bakıdakı tikinti-quruculuq işləri Azərbaycanda gedən dinamik inkişafın bariz nümunəsidir.

Bu sözləri "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunda iştirak edən Nyu-Hempşir ştatının Nümayəndələr Palatasının sabiq komitə sədri Al Baldasaro demişdir.

Azərbaycan-ABŞ əlaqələrinə toxunan Al Baldasaro ölkələrimiz arasında əməkdaşlığın hazırkı səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırmışdır. O, hər iki ölkənin bir çox istiqamətlərdə, xüsusilə də enerji sahəsində əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu vurğulamışdır.

yap.org.az

Digər xəbərlər