Bu sözləri "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunda iştirak edən Nyu-Meksiko Ştatının Nümayəndələr Palatasının üzvü Vilyam Rehm demişdir.
Azərbaycanın iqtisadi inkişafının gündən-günə sürətləndiyini söyləyən Vilyam Rehm ölkəmizin ABŞ, eləcə də Avropanın digər dövlətləri ilə əlaqələrinin genişlənməsinin əhəmiyyətindən danışmışdır.
Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu qeyd edən ABŞ rəsmisi beynəlxalq miqyasda ölkəmizə artan marağı məmnunluqla qeyd etmişdir. O, forumun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayacağına əminliyini vurğulayaraq demişdir: "Düşünürəm ki, belə mötəbər tədbirlər iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfələr verəcəkdir. Azərbaycan Avropaya doğru inamlı addımlarla irəliləyən gənc ölkədir. Hazırda burada bir sıra irimiqyaslı layihələr həyata keçirilməkdədir. Bakı öz gözəlliyi ilə adamı heyran edir. Paytaxtınız çox gözəl və təmiz, sakinləri isə mehriban və qonaqpərvərdirlər. Ölkənizin gündən-günə daha da inkişaf etdiyi göz önündədir".
yap.org.az