PDF Oxu

Siyasət

  • 6

Ceffri Qays: ABŞ ilə Azərbaycan arasındakı əlaqələr yüksək səviyyədədir

Ceffri Qays: ABŞ ilə Azərbaycan arasındakı əlaqələr yüksək səviyyədədir

ABŞ ilə Azərbaycan arasındakı əlaqələr yüksək səviyyədədir.

Bu sözləri "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunda iştirak etmək üçün Bakıya gəlmiş Missisipi Ştatının dövlət nümayəndəsi Ceffri Qays demişdir. Qonaq ABŞ ilə Azərbaycan arasındakı əlaqələrin ölkəsi üçün mühüm əhəmiyyətə malik olduğunu bildirmişdir.

C.Qays "Gələcəyə baxış" Forumunun Bakıda keçirilməsini Azərbaycanı tanımaq, onun inkişaf təcrübəsini öyrənmək baxımından əhəmiyyətli olduğunu vurğulamışdır.

ABŞ rəsmisi Azərbaycan kimi daimi inkişafda olan dövlətin bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsinin çox müsbət hal olduğunu demişdir.

Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri ilə dünyanın diqqət mərkəzində olduğunu bildirən Ceffri Qays ABŞ-ın ölkəmizlə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmasının vacibliyini diqqətə çatdırmışdır.

yap.org.az

Digər xəbərlər