PDF Oxu

Siyasət

  • 14

Məlahət İbrahimqızı: YAP-ın qələbələrinin əsas səbəblərindən biri partiyamızın seçkilərə mütəşəkkil şəkildə hazırlaşmasıdır

Məlahət İbrahimqızı: YAP-ın qələbələrinin əsas səbəblərindən biri partiyamızın seçkilərə mütəşəkkil şəkildə hazırlaşmasıdır

"2013-cü il ölkəmizin siyasi həyatında əlamətdar hadisələrlə zəngindir. Xüsusilə bu ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri böyük əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyası bu seçkilərə yüksək səviyyədə hazırlaşır". Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, YAP yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri partiyamızın seçkilərə mütəşəkkil şəkildə hazırlaşmasıdır.

"Bu gün YAP ümumxalq partiyasına çevrilib. Çünki Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiya xalqın maraqlarını ifadə edir. Heydər Əliyev ideyalarının layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edir, əhalinin rifahı yüksəlir. Eyni zamanda, Azərbaycanın beynəlxalq müstəvidə də mövqeləri möhkəmlənib. Ümumilikdə isə vətəndaşlarımız dövlət başçısının həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyir. Bu isə o deməkdir ki, növbəti seçkilərdə də xalqın namizədi cənab İlham Əliyev böyük qələbə qazanacaq"- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

yap.org.az

Digər xəbərlər