PDF Oxu

Siyasət

  • 11

İqbal Ağazadə: Milli Şura projesi düşüncə və mahiyyət etibarilə Rusiyanın qanadıdır

İqbal Ağazadə: Milli Şura projesi düşüncə və mahiyyət etibarilə Rusiyanın qanadıdır

"Milli Şuranın özünə baxışında və yaranma prinsiplərində Rusiyanın xəttinin bu və ya digər şəkildə seziləcəyi göz önündədir. Mən orada Rusiya təhlükəsini aydın görürəm və aydın gördüyüm işdə də təmsil olunmağın tərəfdarı deyiləm. Çevrəmizdə olan dostların da bu istiqamətdə addım atmamağını arzulayırdıq". Bu fikirləri Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə aznews.az saytına müsahibəsində deyib.

İ.Ağazadə bildirib ki, biz, Azərbaycanın kənar təsirlərə, xüsusilə avtoritar rejimli ölkələrin təsirinə düşmədən demokratikləşməsini arzulayırıq. Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyasının, Avropa ailəsinin bir üzvü olmasının tərəfdarı olduğunu deyən İ.Ağazadə Rusiyaya nifrət etmədiklərini, lakin Azərbaycanın gələcəyini və xoşbəxtliyini Rusiyanın yanında görmədiklərini qeyd edib.

"Avtoritar, şovinist bir dövlətin yanında Azərbaycanın qazana biləcəyi bir uğur yoxdur. Müstəqilliyimizi itirmək təhlükəsi də olduqca böyükdür. Çünki Rusiya Azərbaycanın müstəqilliyini, suverenliyini hər zaman təhdid edən dövlət olub. 19-cu ərsin ikinci yarısından başlayaraq, Azərbaycanın başına gələn bütün bəlalarda Rusiyanın barmağı olub. Buna görə də Azərbaycanın gələcəyini yenidən Rusiyaya bağlamaq doğru deyil. Rusiya sözü gedən projeyə bu və ya digər şəkildə dəstək verəcəyi təqdirdə də orada yoxuq. Mən bunu birmənalı surətdə iddia edirəm ki, Milli Şura projesi düşüncə və mahiyyət etibarilə Rusiyanın qanadıdır. Orada olan insanların Rusiyanın adamı olduğunu iddia etmirəm, ancaq projenin müəllifi Rusiyadır. Rusiya yanlısı olmayan adamlar da projenin içərisində yer alırlar. Ancaq qəbul etmək istəmirlər ki, Rusiya kimi bir qüvvə bir zaman gələcək həmin adamların Azərbaycanla bağlı xoş niyyətlərinin də həyata keçməsinə imkan verməyəcək və bu proje bütövlükdə Rusiyanın inhisarına keçəcək. Bunu çox açıq şəkildə deyirəm"- deyə, İ.Ağazadə vurğulayıb.

yap.org.az

Digər xəbərlər