Xristian Demokratlar İttifaqından Bundestaqın deputatı, Avropa Məsələləri üzrə Komitənin daimi üzvü Tomas Barays bəyanatla çıxış etmişdir. T.Barays, o cümlədən, demişdir: "Almaniya Bundestaqı Dağlıq Qarabağ münaqişəsinə cəlb edilmiş tərəflər arasında davamlı sülh haqqında sazişə nail olmaq üçün göstərilən səylərə töhfə verməkdə davam edəcəkdir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalına son qoyulması Cənubi Qafqazda qaçqınların öz yurdlarına təhlükəsiz qaytarılması üçün vacib şərtdir. Biz ATƏT-in Minsk qrupunun bu məsələnin həllinə BMT-nin cəlb edilməsi barədə çağırışlarını dəstəkləyirik. Məcburi köçürülmənin istənilən forması Avropa ideyasına ziddir. Münaqişənin dərhal həll edilməsi üçün ciddi cəhdlər göstərilməsi çox vacibdir. Bunun üçün qaçqınların mənafelərini də nəzər almaq lazımdır. Ona görə də biz Avropanın mənafelərini əsas tutaraq, nəinki Minsk qrupunun qərarlarının, həm də BMT-nin, Avropa Şurasının və ATƏT-in bütün qətnamələrinin icrasını tezliklə yəqin etməkdə maraqlıyıq".
T.Barays daha sonra qeyd etmişdir ki, Almaniya ilə Azərbaycan arasında əlaqələr açıq fikir mübadiləsinə əsaslanır: "Biz ilk növbədə Azərbaycanlı tərəfdaşlarımızın təhlükəsizliyinə qəti əminliyi təmin etməkdə, digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində birgə fəaliyyət göstərmək üçün ikitərəfli əlaqələrimizi genişləndirməkdə və artırmaqda maraqlıyıq".
yap.org.az