PDF Oxu

Siyasət

  • 10

ARGTMŞ nümayəndə heyəti beynəlxalq seminarda iştirak edib

ARGTMŞ nümayəndə heyəti beynəlxalq seminarda iştirak edib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndə heyəti Avropa Komissiyasının "Gənclər Fəaliyyətdə" (Youth in Action) proqramı çərçivəsində Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən beynəlxalq seminarda iştirak ediblər. ARGTMŞ-dan SİA-ya verilən məlumata görə, seminarın məqsədi Qara Dəniz regionu və Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Litva, Belarusiya, Gürcüstan, Ukrayna, Moldova, Rumınya, Bolqarıstan, Türkiyə və Ermənistan) gənclərinin fəallığı, onların vətəndaş cəmiyyəti quruculuğunda iştirakı, onlar üçün yaradılmış imkanların analiz olunması və bu mövzular ətrafında fikir mübadiləsi aparılmasıdır.

Seminar zamanı, Qara Dəniz regionu və Şərq Tərəfdaşlığı ölkələrinin gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə sözügedən mövzular ətrafında müzakirələr aparılıb.

Azərbaycanı təmsil edən ARGTMŞ-nın nümayəndələri tərəfindən ölkəmizdə bu səpkidə görülən işlər haqqında məlumat verilib, ölkə gənclərinin fəallaşdırılması, onların gələcək liderlər kimi yetişdirilməsi və idarəetmə prossesində iştirakını təmin edilməsində Azərbaycan Gənclər Siyasətininin rolundan bəsh olunub. ARGTMŞ-nın nümayəndələri, nəinki yalnız yerli, həmçinin xarici gənclər və gənclər təşkilatının fəaliyyətini dəstəkləyən Azərbaycan Gənclər Fondunun fəaliyyəti barəsində məlumat veriblər. İştirakçılar tərəfindən Azərbaycanda bu sahədə aparılan fəaliyyət və gənclərə göstərilən diqqət yüksək qiymətləndirilib.

sia.az

Digər xəbərlər