Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən 28 May – Respublika Günü və ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə rəsmi ziyafət təşkil olunmuşdur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Argentina hökumətinin və parlamentinin üzvləri, bu ölkənin tanınmış siyasətçiləri, alimləri, ziyalıları, iş adamları, Buenos-Ayresdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Tədbirdə "İRS" jurnalının redaksiyasının və Argentinanın La Plata Dövlət Universitetinin nəzdindəki Azərbaycanşünaslıq kafedrasının birgə nəşr etdiyi ispandilli "İRS Herencia" jurnalının növbəti nömrəsinin təqdimatı olmuşdur. Həmçinin Azərbaycanın tarixini, mədəniyyətini, memarlığını və hazırkı inkişaf səviyyəsini əks etdirən videoçarxlar nümayiş etdirilmişdir.
AzərTAc