Mayın 30-da İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Tarixin tədrisi vasitəsilə mədəniyyətlərarası dialoq: ən yaxşı təcrübələr və çətinliklər" mövzusunda işçi sessiya keçirilmişdir.
İşçi sessiya Avropa Şurası Şimal-Cənub Mərkəzi icraçı direktorunun müavini Roman Çlapakın moderatorluğu ilə keçirilmişdir.
R.Çlapak bildirmişdir ki, tarix və tarixin tədrisi həmişə Avropa Şurasının təhsil sahəsində fəaliyyətinin əsasını təşkil etmişdir. Bu sessiya tarixin tədrisində qazanılmış təcrübələrin və uğurların paylaşılmasında böyük rol oynayacaqdır.
AzərTAc