Ölkəmizdə səfərdə olan Braziliya Konqresinin Deputatlar Palatasının xarici əlaqələr və müdafiə komitəsinin sədri Nelson Pelleqrinonun başçılıq etdiyi nümayəndə heyəti mayın 30-da Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə gül dəstələri qoymuşlar.
AzərTAc xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.
Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə güllər düzmüşlər.
Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.
AzərTAc