PDF Oxu

Siyasət

  • 9

Mixail Şvıdkoy: "Seçkilərə kimi vaxt itirməyə dəyməz"

Mixail Şvıdkoy: "Seçkilərə kimi vaxt itirməyə dəyməz"

"Hesab edirəm ki, həm Azərbaycan, həm də Ermənistan üçün mədəni dialoq qurmaq çox vacibdir. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında mədəni dialoq Azərbaycanda keçiriləcək seçkilərdən sonra baş tutacaq: "Hesab edirəm ki, növbəti müddətə seçilmiş iki prezident dialoqa başlayacaqlar".

Azərbaycan və Ermənistan ziyalıları arasında görüşün təşkilinə dair suala cavabında isə M.Şvıdkoy bildirib ki, seçkilərə kimi vaxt itirməyə dəyməz: "Həm Azərbaycan, həm Ermənistan cəmiyyəti, həm də beynəlxalq birlik hansı addımlar atılacağını gözləyir. Heç kim müharibə istəmir. Bizim üçün humanitar əlaqələrin inkişaf etməsi çox mühüm əhəmiyyət kəsb edir. Hansı qərarın qəbulundan asılı olmayaraq, əsas odur ki, bu qərarları sonra xalq da qəbul etsin".

sia.az

Digər xəbərlər