Mayın 31-də Milli Məclisin 2013-cü il yaz sessiyasının sonuncu iclası keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, iclasın gündəliyinə 23 məsələ daxil edilmişdir.
Milli Məclis Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimini təyin edəcək, "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" qanunu, Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında, mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında və təslimetmə haqqında müqavilələri təsdiq edəcəkdir.
Bundan başqa, iclasda "İcra haqqında", "Əmək pensiyaları haqqında", "Milli arxiv fondu haqqında", "Sosial müavinətlər haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Avtomobil yolları haqqında" qanunlara, eləcə də Azərbaycan Respublikasının Cinayət-Prosessual, İnzibati Xətalar, Mülki, Torpaq məcəllələrində və Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər ediləcəkdir.
AzərTAc