İyunun 2-də Vaşinqtonda Amerika-Yəhudi Komitəsi (AJC) tərəfindən təşkil edilmiş Ümumdünya Forumu keçiriləcəkdir.
Komitənin forumunda ABŞ administrasiyasının üzvü kimi ilk dəfə iştirak edəcək ABŞ dövlət katibi Con Kerri tədbiri giriş sözü ilə açacaqdır.
Sonra Azərbaycan, Çexiya, Yunanıstan və Polşanın xarici işlər nazirləri, İsrailin ədliyyə naziri və fələstinlilərlə danışıqlarda İsrailin əsas nümayəndəsi çıxış edəcəklər. BMT-nin baş katibi Forum iştirakçılarına videomüraciət edəcəkdir.
İyunun 4-dək davam edəcək forumda Birləşmiş Ştatlardan və dünyanın 60 yəhudi icmasından 1500-dən çox nümayəndə iştirak edəcəkdir.
Amerikada çıxan "The Herald" qəzetinin verdiyi məlumata görə, dövlət xadimlərinin forumunda xarici işlər nazirləri Elmar Məmmədyarov (Azərbaycan), Karel Şvartsenberq (Çexiya) və Radoslav Sikorski (Polşa) regional və qlobal siyasi vəzifələr və təhlükəsizlik məsələləri barədə məruzələrlə çıxış edəcəklər.
AzərTAc