PDF Oxu

Siyasət

  • 9

YAP şərəfli yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib

YAP şərəfli yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib

YAP Tərtər rayon təşkilatının VIII konfransı keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının VIII konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılan partiyanın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Rayonun Gənclər Mərkəzində davam etdirilən konfransda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov hesabat məruzəsilə çıxış edərək, rayon təşkilatı haqqında ümumi məlumat verib: "Hazırda YAP Tərtər rayon təşkilatının 84 ərazi ilk təşkilatında 5158 nəfər YAP üzvü birləşir. Onların 2647 nəfəri qadın, 1281 nəfəi isə gənclərdir. Cari ildə partiya sıralarına qəbul olunanların 47 faizini gənclər təşkil etmişdir. Rayon təşkilatı qadınlar şurası və gənclər birliyi rayonda qadınların və gənclərin ictimai-siyasi fəallıqlarının artırılması üçün müxtəlif səpkili tədbirlər təşkil edir. Rayonda qadınların məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ardıcıl işlər görülür. Fərəhli haldır ki, bu gün rayonun səhiyyə sahəsində çalışanların 70 faizi, təhsil sahəsində çalışanların isə 68 faizini YAP üzvü olan qadınlardır".

R.Şabanov konfransın əlamətdar bir dövrdə, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileylərinin Azərbaycan xalqı tərəfindən böyük təntənə ilə qeyd edildiyi vaxtda keçirildiyini bildirdi. O, Yeni Azərbaycan Partiyasının zəngin həyat yolu keçdiyini, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqlədiyini vurğuladı: "Rayon təşkilatının fəalları prezident, bələdiyyə və parlament seçkilərində sistemli və aktiv fəaliyyət sərgiləməklə keçirilmiş seçkilərdə YAP-ın ümumi qələbəsinin əldə olunmasına öz töhfələrini veriblər. Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu yolla irəliləyir, inkişaf edir, böyüyür, böyüdükcə ölkəmiz də güclənir. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev bu gün sadəcə YAP-çıların deyil, hər bir azərbaycanlının rəhbəri olaraq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkəmizin və millətimizin maraqlarını yüksək səviyyədə qoruyur. Onu da vurğulamaq istərdim ki, 2013-cü ildə keçiriləcək prezident seçkiləri rayonumuzda tam demokratik, şəffaf, Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada keçiriləcək. Artıq Tərtər seçiciləri öz seçimlərini ediblər. Onlar yenidən Yeni Azərbaycan Partiyasının vahid namizədi, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi varisi, İlham Əliyev Cənablarına səs verəcəklər. İlham Əliyevə səs verməklə biz müstəqilliyə, dövlətçiliyə, demokratiyaya, sürətli iqtisadiyyata, çevik və uğurla həyata keçirilən daxili və xarici siyasətə səs vermiş oluruq".

Məruzə ətrafında rayon 6 saylı tam orta məktəbin müəllimi Zülfiyyə Abdullayeva, rayon telekommunikasiya qovşağının operatoru Natiq Aslanov və başqaları çıxış edərək bildirdilər ki, Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı, avanqard siyasi qüvvəsidir. İstər sosial bazası, istərsə də təşkilati baxımdan YAP digər siyasi təşkilatlardan öndə gedir. Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək partiya yoxdur və bu seçkilərdə də tərtərlilər, bütünlüklə partiyamızın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev konfransda çıxış edərək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Azərbaycanın qüdrətli dövlətə çevrildiyini və bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini bildirdi: "Hazırda Azərbaycan Respublikası regionda lider dövlətə çevrilib, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Sözsüz ki, bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir və etdiriləcək".

Konfransda Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov partiyanın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirdi. C.Cəfərov Yeni Azərbaycan Partiyasının regionda ən qüdrətli siyasi təşkilat olduğunu və öz sıralarında Azərbaycan cəmiyyətinin ən avanqard qüvvələrini birləşdirdiyini söylədi. O bildirdi ki, təşkilat üzvləri Tərtər rayonunun ictimai-siyasi həyatında fəal iştirak edirlər. C.Cəfərov rayonda həyata keçirilən abadlıq və quruculuq işləri haqqında da ətraflı məlumat verdi. Onun sözlərinə görə, ölkə Prezidentinin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq rayonda bir sıra layihələr həyata keçirilir, əhalinin sosial problemlərinin həlli istiqamətində lazımi addımlar atılır.

Sonra YAP Tərtər rayon təşkilatından Yeni Azərbaycan Partiyasının V qurultayına 7 nəfər nümayəndə seçildi.

Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul olundu.

ÜLVÜ

Digər xəbərlər