YAP Nərimanov rayon təşkilatının IX konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının IX konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə təşkilatın qərargahında Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül-çiçək düzüblər. Sonra qərargahın akt zalında keçirilən konfransda çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bu il ölkəmizdə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin böyük təntənə ilə qeyd olunduğunu bildirib.
T.Tağıyev qeyd edib ki, Azərbaycanı XXI yüzilliyin və üçüncü minilliyin dinamik inkişaf yoluna gətirib çıxarmış, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, bütün xalqımızın və ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub. Onun sözlərinə görə, iqtidar partiyası kimi, Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi olaraq xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini bundan sonra da verəcək: "Sübuta yetirilib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranıb. Bu gün xalqımız və partiyamızın qarşısında yeni vəzifələr dayanır. Bu vəzifələrin ən başlıcası Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onu dünyanın ən güclü, qüdrətli və zəngin dövlətləri sırasına çıxarmaqdır. Yeni Azərbaycan Partiyasının üzvləri yeni Azərbaycanın qurulmasında, inkişafında, təşkilatı, ideoloji-siyasi istiqamətlərdə fəaliyyətlərini genişləndirib, ciddi və nəzərə çarpan nailiyyətlər qazanmağa çalışıblar".
Bakı şəhərində partiyanın ilk yerli strukturunun Nərimanov rayonunda yaradıldığını xatırladan T.Tağıyev hazırda bu təşkilat daha da güclənib. Belə ki, YAP Nərimanov rayon təşkilatının VIII konfransında 16500 nəfər olduğu halda, IX konfransa qədərki dövrdə üzvlərin sayı 18300 nəfərə çatıb. Hal-hazırda ilk partiya təşkilatlarının sayı 129-dur. Rayon təşkilatının sözlərinə görə, bu dövr ərzində təşkilatımızın üzvləri ictimai-siyasi proseslərdə böyük fəallıq göstərib: "Həyat çoxdan sübuta yetirib ki, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclüən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər qürum mövcud deyil. Cənab Prezident, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionun ən güclü siyasi qüvvəsidir. Möhtərəm Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz söz sahibidir,Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Bir sözlə,Azərbaycanın Cənubi Qafqaz regionun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən etiraf olunur".
Təşkilat sədri onu da xatırladıb ki, bu ilin oktyabr ayında Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Onun sözlırinə görə, bu seçkilərə az vaxt qalmasına baxmayaraq Yeni Azərbaycan Partiyası Nərimanov rayonu bütün gücünü səfərbər edib. T.Tağıyev bu seçkilərdə partiyamızın namizədi Cənab İlham Əliyevin heç bir alternativinin olmadığını vurğulayıb.
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü Misir Mərdanov qarşıdan gələn qurultayın partiyanın həyatında vacib hadisə olduğunu bildirib. Bu qurultayda qarşıdan gələn prezident seçkiləri ilə bağlı partiyanın rəsmi olaraq namizəd irəli sürəcəyini deyən M.Mərdanov qeyd edib ki, ölkəmizdə Prezident İlham Əliyevə rəqib ola biləcək qüvvə yoxdur. "Azərbaycan xalqı növbəti seçkilərdə də cənab İlham Əliyevə səs verəcək. Buna heç bir şübhəmiz yoxdur. Çünki son 10 il ərzində Azərbaycan çox böyük inkişaf yolu keçib, insanların həyatı müsbət mənada xeyli dəyişib. Eləcə də, dünya miqyasında ölkəmizin nüfuzu əhəmiyyətli dərəcədə artıb. Son bir neçə ay ərzində Azərbaycanda nə qədər nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyini nəzərə alsaq, bunu aydın şəkildə görərik"- deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb. M.Mərdanov Azərbaycanda elm və təhsil sahəsində də böyük inkişafın getdiyini deyib. Onun sözlərinə görə, hazırda elm sahəsində cidldi islvahatlar aparıolır. Eləcə də, dünyanın nüfuzlu ali məktəblərində 10 min nəfərdən çox azərbaycanlı gəncin təhsil alması da bu sahəyə diqqətdən xəbər verir. YAP üzvlərinə qarşıdan gələn seçkilərdə uğurlar arzulayan natiq partiya üzvləri bu siyasi kampaniyada fəal olmağa çağırıb.
Tədbirdə çıxış edən "91-lər" hərəkatının üzvü, professor Əlişir Musayev YAP-ın cəmiyyətdəki rolundan, siyasi proseslərdəki fəaliyyətindən ətraflı bəhs edib. qraşıdan gələn seçkilərdə partiyamızın fəal iştirak edəcəyini deyən Ə.Musayevin fikrincə, bu seçkilərdə Prezident İlham Əliyevin növbəti dəfə qələbə qazanacağı şübhəsizdir.
Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev bu gün ölkəmizdə Heydər Əliyev siyasətinin uğurla həyata keçirildiyini bildirib. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərtərəfli surətdə inkişafı üçün genişmiqyaslı işlər görülür. Bu siyasətin xalqımız tərəfindən dəstəkləndiyini deyən A.Fərzəliyevin sözlərinə görə, növbəti seçkilərdə də xalqımız bir daha Cənab İlham Əliyevə etimad göstərəcək. A.Fərzəliyev bildirib ki, Nərimanov rayonunda yerləşən dairə və məntəqə seçki komissiyalarının maddi-texniki təchizatı baxımdan icra hakimiyyəti zəruri tədbirləri görməkdədir. Konfransda, həmçinin, YAP Nərimanov rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının V qurultayına 32 nəfər nümayəndə seçilib.
Sonda konfrans iştirakçıları adından, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
R.KAMALQIZI