Azərbaycan-ABŞ əlaqələri son 15-20 ildə daha da inkişaf etmişdir. Ölkələrimiz arasında bütün istiqamətlərdə, xüsusilə də enerji sahəsində əməkdaşlıq getdikcə daha da möhkəmlənir.
Bu sözləri "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun iştirakçısı San Dieqo Beynəlxalq Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti Devid Edik AzərTAc-a müsahibəsində söyləmişdir.
Devid Edik demişdir: "Bakı kimi gözəl şəhərdə olmaq, burada maraqlı tarixi yerləri gəzmək, ümumiyyətlə Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq məndə dərin təəssüratlar yaratdı. Bakıda keçirdiyim günlən həyatımın ən yaddaqalan günləri olacaqdır".
Azərbaycana ilk dəfədir səfər etməsinə baxmayaraq, ölkəmiz haqqında kifayət qədər məlumatlı olduğunu deyən D.Edik respublikamızın bütün sahələrdə qazandığı nailiyyətlərin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır.
AzərTAc