PDF Oxu

Siyasət

  • 5

Azərbaycan dünyada ən tolerant ölkə imici qazanmışdır, onun təcrübəsindən bəzi inkişaf etmiş demokratik dövlətlər də bəhrələnə bilərlər

Azərbaycan dünyada ən tolerant ölkə imici qazanmışdır, onun təcrübəsindən bəzi inkişaf etmiş demokratik dövlətlər də bəhrələnə bilərlər

Azərbaycan dünyada ən tolerant ölkə imici qazanmışdır. Onun təcrübəsindən bəzi inkişaf etmiş demokratik dövlətlər də bəhrələnə bilərlər.

II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Avropa Yəhudi Parlamentinin üzvü, ravvin Levi Matusof bu fikri AzərTAc-ın müxbirinə müsahibəsində söyləmişdir.

Ravvin Levi Matusof demişdir ki, 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin inauqurasiya mərasimi keçirilən möhtəşəm zalın səhnəsində Azərbaycanda fəaliyyət göstərən üç konfessiyanın – müsəlman, xristian və yəhudi konfessiyalarının rəhbərləri yanaşı dayanmışdılar. Bu, siyasi liderin əzminin nümayişi, onun öz həmvətənlərini sıx birləşdirmək, onları möhtəşəm taleyüklü məsələlərin həllinə səfərbər etmək istəyinin təcəssümü idi. Hazırda Heydər Əliyevin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.

O qeyd etmişdir ki, Bakı kimi qonaqpərvər və harmonik inkişaf edən şəhərə gəlməkdən böyük məmnunluq duyur. Ravvin Levi Matusof Azərbaycanda yəhudi icmasının uğurlu inkişafını qeyd etmişdir.

Qonaq vurğulamışdır ki, Azərbaycanın bu mədəniyyətlərarası dialoqda nümayiş etdirilən tolerantlıq nümunəsindən bütün dünya istifadə etməlidir. Azərbaycanın təşkil etdiyi bu tədbir region üçün nümunə olmalıdır.

AzərTAc

Digər xəbərlər