PDF Oxu

Siyasət

  • 11

Nüfuzlu “Koreya Post” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 95-ci ildönümü və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Seulda keçirilmiş tədbirlərlə bağlı məqalə dərc olunmuşdur

Nüfuzlu “Koreya Post” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 95-ci ildönümü və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Seulda keçirilmiş tədbirlərlə bağlı məqalə dərc olunmuşdur

Nüfuzlu "Koreya Post" jurnalının may buraxılışında dərc olunmuş "Azərbaycan Respublika Gününün 95-ci ildönümünü qeyd edir" başlıqlı məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına, mövcud olduğu iki il ərzində həyata keçirdiyi tədbirlərə dair ətraflı məlumatlar yer almışdır.

Məqalədə göstərilmişdir ki, AXC tarixə müsəlman Şərqində ilk demokratik respublika kimi daxil olmuş, irqindən, dinindən, milliyyətindən asılı olmayaraq ərazisində yaşayan bütün xalqları bərabər hüquqlarla təmin etmiş, bir sıra Qərb ölkələrindən, həmçinin ABŞ-dan da öncə qadınlara səsvermə hüququ vermişdir. Məqalədə Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti haqqında da məlumat verilmişdir.

Jurnalın həmin nömrəsində Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə təşkil etdiyi tədbir də geniş işıqlandırılmışdır. Bildirilmişdir ki, tədbirdə Koreya Respublikasının dövlət və hökumət rəsmiləri, diplomatik missiyaların rəhbərləri və əməkdaşları, ali təhsil ocaqlarının rektorları və bir sıra şirkətlərin rəhbərləri, Beynəlxalq Taekvondo Federasiyasının prezidenti, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər. Məqalədə tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotosərgi nümayiş olunması, səfirliyin müvəqqəti işlər vəkili Rəmzi Teymurovun görkəmli dövlət xadiminin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat öz əksini tapmışdır.

Məqalədə bildirilmişdir ki, Azərbaycan Milli Konservatoriyasının müəllimi Naibə Şahməmmədovanın pianoda Heydər Əliyevə həsr olunmuş musiqi əsərlərini səsləndirməsi, Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinin ifa etdiyi milli rəqslər tədbirə xüsusi rəng qatmışdır.

Oxuculara Azərbaycanın Koreya Respublikasındakı səfirliyi tərəfindən Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə hazırlanmış markanın təqdimatının keçirilməsi barədə də məlumat çatdırılmışdır.

AzərTAc

Digər xəbərlər