PDF Oxu

Siyasət

  • 10

Fərhad Məmmədov: Azərbaycanda dinlərarası münasibətlər, tolerantlıq nümunəvi xarakter daşıyır

Fərhad Məmmədov: Azərbaycanda dinlərarası münasibətlər, tolerantlıq nümunəvi xarakter daşıyır

"Azərbaycanda dinlərarası münasibətlər, tolerantlıq nümunəvi xarakter daşıyır". Bu fikri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

F.Məmmədov bildirib ki, bu, bizim üçün bu bir həyat tərzidir. Onun sözlərinə görə, Azərbaycan bu sahədə öz təcrübəsini yayaraq dünya ictimaiyyətinə çatdırmaq fikrindədir.

"İnkişaf etmiş və etməkdə olan ölkələrdə dinlərarası məsələlər yaxşı tənzimlənir. Ən əsası isə daim fəaliyyətdə olan platformalar olmalıdır və bu platformalar müxtəlif tədbirlər, layihələr keçirməklə bu ideyaları kütləviləşdirməlidir. Biz yaşadığımız dünyaya görə məsuliyyət daşımalıyıq. Hər birimiz öz cəmiyyətimizdə bu dəyəri təbliğ etməliyik. Bundan sonra isə öz cəmiyyətimizdə, dinimizdə buna uyğun olaraq dəyərlər sistemi formalaşdırmalıyıq və dünyanın başqa yerlərində baş verən hadisələrin məhz bizim həyatımıza olan təsirlərini düzgün qiymətləndirərək gələcəyə birgə baxışı formalaşdırmalıyıq"- deyə, F.Məmmədov qeyd edib.

yap.org.az

Digər xəbərlər