PDF Oxu

Siyasət

  • 11

Milli Məclis sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti bu gün Belçikaya səfərə gedir

Milli Məclis sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti bu gün Belçikaya səfərə gedir

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti bu gün Belçika Krallığının paytaxtı Brüsselə rəsmi səfərə gedəcəkdir. Səfər zamanı nümayəndə heyətinin üzvləri Belçika parlamentinin nümayəndələr palatasının sədri Andre Fiao, Belçika-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Filip Blanşar ilə görüşlər keçirəcək, qanunverici orqanlar arasında əlaqələrin perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparacaqlar.

Səfər çərçivəsində O. Əsədovun Avropa Parlamentinin (AP) prezidenti Martin Şults, AP-nın xarici əlaqələr komitəsinin sədri Elmar Brok ilə görüşləri nəzərdə tutulur.

Nümayəndə heyətinin Avropa İttifaqının (Aİ) prezidenti Herman Van Rompuy, Avropa komissiyasının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle ilə də görüşləri planlaşdırılır.

Görüşlərdə Azərbaycanın Avropa strukturlarına inteqrasiyası, Aİ və onun parlamenti ilə ikitərəfli əlaqələrin inkişafı, tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılacaqdır.

Səfər iyunun 6-dək davam edəcəkdir.

yap.org.az

Digər xəbərlər