Azərbaycanda analoq yayımı ilin sonunadək dayandırılacaq. Bu barədə bazar ertəsi jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Əli Abbasovun sözlərinə görə, Azərbaycan televiziyası 2014-cü ildən başlayaraq tam rəqəmsal formatda yayımlanacaq.
Analoq siqnalının mərhələli olaraq rəqəmsalla əvəzlənməsi Azərbaycanın regionlarından başlayacaq.
İlin sonunadək Azərbaycan əhalisi DVB-T standartında rəqəmsal televizya siqnalı ilə 100 faiz əhatə olunacaq. Hazırda respublika əhalisinin 94,3 faizi rəqəmsal televizya siqnalı ilə əhatə olunub.
yap.org.az