PDF Oxu

Siyasət

  • 11

YAP- ın Sədr müavini Əli Əhmədov ABŞ -ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morningstar ilə partiyanın qərargahında görüşdü

YAP- ın Sədr müavini Əli Əhmədov ABŞ -ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morningstar ilə partiyanın qərargahında görüşdü

İyunun 3-də Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morningstar ilə partiyanın mənzil qərargahında görüşdü.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mövcud əməkdaşlıq münasibətləri haqqında bəhs edilmiş, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılmışdır.

Görüşdə həmçinin, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, ölkəmizin geosiyasi durumu və cərəyan edən proseslər əsas müzakirə mövzusu olmuşdur.

YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak etmişdir.

yap.org.az

Digər xəbərlər