PDF Oxu

Siyasət

  • 10

Gənclər yeni inkişaf mərhələsində

Gənclər yeni inkişaf mərhələsində

Seymur Orucov: "Gənclərin böyük əksəriyyətinin dövlət strukturlarında yerləşdirilməsi prossesi dövlətin gənclərə etimadının nümunəsidir"

1994-cü ildən başlayaraq Azərbaycanda xüsusi gənclər siyasəti aparılır. Ümummilli Liderimiz Heydər Əliyevin tapşırığı əsasında 1994-cü ildə Gənclər və İdman Nazirliyi yarandı, 1995-ci ildə Gənclər Forumu keçirildi. O vaxtdan başlayaraq hər il Azərbaycanda gənclər siyasəti ilə əlaqədar gənclərin təhsili, məşğulluğu, fiziki və mənəvi sağlamlığı, gənclərin dövlət quruculuğuna cəlb olunması, gənclərin asudə vaxtının təşkili və digər məsələlərlə bağlı mütəmadi olaraq dövlət siyasəti yürüdülür. Bu siyasət Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması ilə bağlı Sərəncamı bunun bariz nümunəsidir. Göründüyü kimi gənclər həmişə dövlətin diqqət mərkəzindədir. Gənclərin dövlət qulluğuna işə qəbul edilməsinə də xüsusi qayğı göstərilir. Bu məqsədlə ayrı-ayrı idarə və nazirliklərə test üsulu ilə gənclərin işə qəbul olunması prosesi gedir. Dövlət qulluğunda bir növ gəncləşmə siyasəti aparılır. Böyük Öndər Heydər Əliyevin dediyi kimi gənclər bizim gələcəyimizdir.

Azərbaycan gənclərinin böyük əksəriyyətinin dövlət strukturlarında cəmlənməsi dövlətimizin inkişafına hansı töhfələrini verəcək sualına münasibət bildirən YAP Gənclər Birilyinin sədri Seymur Orucovun sözlərinə görə, gənclərin böyük əksəriyyətinin dövlət strukturlarında yerləşdirilməsi prossesi dövlətin gənclərə etimadının nümunəsidir: "Cənab prezident gəncləri daim diqqət və qayğı dairəsində saxlayır. Vətəndaş cəmiyyətinin inkişafında, ictimai prosseslərdə iştirakları üçün münbüt şərait yaradılr. Mən inanıram ki, ağıllı, intellektli gənclər böyüklərdən öyrəndikləri təcrübə ilə yanaşı müasir texnologiyaları mənimsəyib, tədtbiq etdikcə daha yaxşı nəticələr əldə edəcəklər və beləcə dövlətimizə öz müsbət töhfələrini vermiş olacaqlar".

Seymur Orucov onu da qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən 5000 gəncin xarici ölkələrdə təhsil almaları planlaşdırılır: "Bu proqram çərçivəsində çox savadlı gənclərimiz dünyanın ən qabaqcıl universitetlərində təhsil alır, sonrakı illərdə öyrəndikləri bilikləri dövlətin ictimai-siyasi həyatında tədbiq etməyə çalışırlar. Hal-hazırda texnologiyanın inkişaf etdiyi bir dövrdə əsasən İKT, tibb və mühəndislik sahələrində gənc kadrlardan istifadə etmək daha effektiv nəticə vermiş olacaq".

İntizarə Məmmədova

Digər xəbərlər