PDF Oxu

Siyasət

  • 15

Fuad Muradov: Ölkədə dövlət başçısı tərəfindən aparılan siyasət gənclərin öz imkanlarını reallaşdırmaq üçün unikal imkanlar açıb

Fuad Muradov: Ölkədə dövlət başçısı tərəfindən aparılan siyasət gənclərin öz imkanlarını reallaşdırmaq üçün unikal imkanlar açıb

"Bu il keçiriləcək prezident seçkilərində Azərbaycan gənclərinin seçimi Prezident İlham Əliyev olacaq. Ölkədə dövlət başçısı tərəfindən aparılan siyasət gənclərin öz imkanlarını reallaşdırmaq üçün unikal imkanlar açıb". Bu fikirləri Milli Məclisin deputatı Fuad Muradov deyib.

F.Muradov bildirib ki, ölkə Prezidentinin cəmiyyətdə nüfuzu çox böyükdür. Onun sözlərinə görə, bu amil dövlət başçısının fəaliyyətindən qaynaqlanır. "Azərbaycanda son illərdə həyata keçirilən siyasət insanların rifah halının yaxşılaşması ilə müşayiət olunub. Ölkə prezidentinin siyasi hədəfində Azərbaycan vətəndaşıdır. Dövlət siyasəti vətəndaşların yaxşı yaşaması və sabaha ümidlə baxmasına yönəldilib. Prezidentin siyasi iradəsi ilə ölkədə həyata keçirilən böyük miqyaslı quruculuq işləri Azərbaycanın möhkəm təməl üzərində dayandığının bariz sübutudur"- deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər