PDF Oxu

Siyasət

  • 14

Mübariz Qurbanlı: Prezidentimizin güclü, zəngin, qüdrətli Azərbaycan quruculuğu istiqamətində həyata keçirdiyi siyasət cəmiyətimizdə hamı tərəfindən müdafiə olunur

Mübariz Qurbanlı: Prezidentimizin güclü, zəngin, qüdrətli Azərbaycan quruculuğu istiqamətində həyata keçirdiyi siyasət cəmiyətimizdə hamı tərəfindən müdafiə olunur

"V qurultayımızda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev partiyamızın növbəti prezident seçkilərində namizədi kimi rəsmən elan ediləcək. Cənab İlham Əliyevin bu seçkilərdə namizədliyinin irəli sürüləcəyi barədə partiya rəhbərliyinin fikirləri xeyli müddət əvvəl ictimaiyyətə çatdırılıb. Hamıya bəllidir ki, Prezident İlham Əliyevin namizədliyini bir sıra ictimai-siyasi təşkilatlar da müdafiə edirlər. Ancaq rəsmi surətdə bu qərar qurultayda qəbul olunacaq". Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, partiyanın yerli strukturlarının konfranslarının gedişatında bir daha müşahidə etdik ki, partiyanın bütün üzvləri cənab İlham Əliyevin namizədliyini birmənalı şəkildə müdafiə edirlər. Onun sözlərinə görə, bütövlükdə Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir.

"Prezidentimizin güclü, zəngin, qüdrətli Azərbaycan quruculuğu istiqamətində həyata keçirdiyi siyasət cəmiyətimizdə hamı tərəfindən müdafiə olunur. Hazırki siyasətə qarşı ölkəmizdə narazılar çox cüzi səviyyədədir və onlar seçkinin nəticəsinə zərrə qədər də təsir etmək imkanına malik deyil. Biz əminik ki, qarşıdan gələn seçkilərdə cənab İlham Əliyevin namizədliyi xalqımız tərəfindən tam müdafiə olunacaq. Və cənab İlham Əliyev növbəti illərdə də Azərbaycan Prezidenti kimi Ulu öndər Heydər Əliyev tərəfindən başlanan böyük işləri davam etdirəcək və dövlətimiz yeni-yeni zirvələr fəth edəcək, xalqımızın rifahı daha da yüksələcək və uğurlarımız daha da artacaq"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər