PDF Oxu

Siyasət

  • 15

Lənkəran-Astara iqtisadi rayonunda qazlaşdırma davam edir

Lənkəran-Astara iqtisadi rayonunda qazlaşdırma davam edir

"Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən ölkənin qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir.

Lənkəran-Astara iqtisadi rayonunda həyata keçirilən tədbirlər də bu baxımdan xarakterikdir.

AzərTAc xəbər verir ki, cari ilin əvvəlindən başlayaraq Lənkəran şəhərinin və rayonun Ürgə kəndinin qaz təchizatı şəbəkəsinin yenidən qurulması, eləcə də Narbağı, Qurunba, Rvo, Şağlaküçə, Kərgəlan, Səbir, Türkəkəran, Şürük, Yuxarı Nüvədi, Moğnojoba, Seyidəkəran, Tütəpeştə, Səpnəkəran, Boladi, Çayrub, Gərmətük, Sütəmurdov, Sinovlu, Mamusta, Balaşürük, Veravul, Havzava, Bürcəli, İstisu, Velədi, Siyəvar, Girdəni, Şıxakəran, Daşdalıqcar, Parakənd və Kənarmeşə kəndlərinin qazlaşdırılması məqsədi ilə ümumi uzunluğu 377 kilometr olan müxtəlif diametrli qaz kəmərləri çəkilmişdir.

Astara rayonunun Təngərüd kəndi ərazisindəki 50 evdən ibarət yaşayış massivinin, Züngüləş, Sərək, Şüvi, Vəznəş, Siyəkəran, Penser, Kakalos, Şahağacı, və Siyətük kəndlərinin qazlaşdırılması və Kijəbə kəndinə gedən 500 mm-lik orta təzyiqli qaz kəmərinin yenidən qurulması işləri çərçivəsində 41,9 kilometr uzunluğunda qaz kəmərləri çəkilmişdir.

Lerik rayonunun Təngəbin, Anzulu, Veri, Rəzqov, Mistan, Qosmalyan, Amburdərə, Kəlvəz, Göydərə, Pirəsora və digər kəndləri üçün daşıyıcı qaz xətləri çəkilmiş, Andurma, Şinəband, Zərküməco, Mondigah, Nuravud və Barzavu kəndləri qazlaşdırılmış, bu məqsədlə 28,6 kilometr uzunluğunda borular quraşdırılmışdır.

Masallı rayonunun sənaye obyektlərinin qazlaşdırılması məqsədi ilə Təzə Alvadı Qazpaylayıcı Stansiyasından çəkilən orta təzyiqli qaz kəmərinin tikintisi məqsədi ilə, eləcə də rayonun Kürdəbaz, Qarğalıq, Şəhriyar, 1-ci Yeddioymaq və Qızılavar kəndlərinin qazlaşdırılması üçün 25,7 kilometr uzunluğunda boru xətti inşa olunmuşdur.

Cəlilabad rayonunun Seyidbazar, Hasıllı, Hacı İsmayıllı, Qarazəncir, Maşlıq və Təzəkənd kəndlərinin, həmçinin, Yardımlı rayonunun Bozayran və Ünəc kəndlərinin qazlaşdırılması üçün ümumilikdə 44 kilometr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilmişdir.

AzərTAc

Digər xəbərlər