PDF Oxu

Siyasət

  • 6

Zaqatala rayonunun taxılçılıq təsərrüfatlarında biçin kampaniyasına hazırlıq işləri başa çatmışdır

Zaqatala rayonunun taxılçılıq təsərrüfatlarında biçin kampaniyasına hazırlıq işləri başa çatmışdır

AzərTAc xəbər verir ki, biçini optimal müddətdə və itkisiz başa çatdırmaq, kampaniya dövründə təsərrüfatlara əməli kömək göstərmək, bu işlərə operativ nəzarəti həyata keçirmək məqsədi ilə rayonda qərargah yaradılmışdır. Təsərrüfatlarda mövcud olan taxılbiçən kombaynlar, ot presləyən aqreqatlar, habelə yük avtomobilləri, traktor və qoşqular təmir edilərək hazır vəziyyətə gətirilmişdir.

Xatırladaq ki, ötən ilin payızında rayonda 11 min 912 hektar sahədə taxıl əkilmişdir. Bunun 8 min 431 hektarını buğda, 3 min 481 hektarını isə arpa sahələri təşkil edir.

Rayonun Alazan çayı vadisində yerləşən taxılçılıq təsərrüfatlarında arpa biçininə başlanılmışdır.

AzərTAc

Digər xəbərlər