PDF Oxu

Siyasət

  • 10

İordaniyanın nüfuzlu “Əl-Diyar” qəzetində Azərbaycan Respublikasının yaranmasının 95 illiyinə həsr olunmuş məqalə dərc edilmişdir

İordaniyanın nüfuzlu “Əl-Diyar” qəzetində Azərbaycan Respublikasının yaranmasının 95 illiyinə həsr olunmuş məqalə dərc edilmişdir

İordaniya Krallığının nüfuzlu "Əl-Diyar" qəzetinin 4 iyun tarixli buraxılışında 28 May – Respublika Günü münasibətilə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təşkil olunmuş tədbirlə bağlı məqalə dərc olunmuşdur.Bu barədə AzərTAc-a Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat verilmişdirBu il Azərbaycan Respublikasının müstəqilliyinin 95, Azərbaycan-İordaniya diplomatik münasibətlərinin 20 illiyinin qeyd olunduğunu qeyd edən müəllif, 1918-ci ildə müsəlman şərqində ilk dünyəvi, demokratik dövlətin Azərbaycanda qurulduğunu, 1991-ci ildə isə Azərbaycan xalqının öz müstəqilliyini yenidən bərpa edərək dünya birliyinə müstəqil dövlət kimi daxil olduğunu bildirmişdir.Məqalə müəllifi Azərbaycanda çoxsaylı milli azlıqların yaşamasına baxmayaraq, dini tolerantlığın yüksək səviyyədə olduğunu, etnik azlıqlar arasında milli zəmində heç bir münaqişənin yaşanmadığını müsbət hal kimi qeyd etmişdir.Sonda müəllif səfirlik tərəfindən təşkil olunmuş tədbirdə yüksək səviyyəli dövlət rəsmilərinin, Krallığın işgüzar dairələrinin, diplomatik missiyaların, Azərbaycan icmasının, yerli KİV-lərin və İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələrinin iştirak etdiyini bildirmişdir.

AzərTAc

Digər xəbərlər