"Diffamasiya haqqında qanun layihəsi ilə bağlı vaxtaşırı olaraq cəmiyyətimizdə ciddi müzakirələr gedir". Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, Konstitusiyaya etdiyimiz sonuncu dəyişikliklər və bunların nəticəsində həm də vətəndaşlara qanunvericilik təşəbbüsü hüququ verilməsi ölkəmizdə demokratiyanın inkişafında xüsusi rol oynayacaq.
"Bu baxımdan, vətəndaş cəmiyyətinin beynəlxalq təşkilatlarla birgə istənilən təşəbbüsü, o cümlədən qanunvericilik təşəbbüsü çox müsbət qəbul olunur. Ümumiyyətlə, diffamasiya haqqında qanunvericiliyin hazırlanması istiqamətində indiyədək vacib işlər görülüb"- deyə, komitə sədri qeyd edib.
yap.org.az