PDF Oxu

Siyasət

  • 11

Mikayıl Cabbarov: Azərbacanda peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyac getdikcə artır

Mikayıl Cabbarov: Azərbacanda peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyac getdikcə artır

Azərbacanda peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyac getdikcə artır. Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, Azərbaycanda peşə təhsili sahəsində istifadə olunmamış böyük bir potensial var. Onun sözlərinə görə, peşə təhsilində tədris prosesinin yaxşı qurulması, bu sahədə özəl sektorlarla təhsil sahələri arasında mövcud ola bilən mexanizmlərin tətbiqi sahəsində digər ölkələrin təcrübəsindən istifadə olunacaq.

"Sirr deyil ki, Azərbaycanda peşə təhsili sahəsində istifadə olunmamış böyük bir potensial var. Dövlətimizin iqtisadiyyatı getdikcə inkişaf edir, yeni iş yerləri və sahələr yaradılır. Peşə təhsili shaəsində hazırlanan kadrlara ehtiyac getdikcə artır. Amma müasir məzmunlu tədris prosesi peşə təhsilinin adının sadəcə diplomda yazılması nəzərdə tutmur"- deyə, nazir vurğulayıb.

yap.org.az

Digər xəbərlər