PDF Oxu

Siyasət

  • 14

Azərbaycan dünyanın elm mərkəzinə çevrilir

Azərbaycan dünyanın elm mərkəzinə çevrilir

Azərbaycan Prezidentinin Sərəncamı ilə Cəlal Əliyevin "Şərəf" ordeninə layiq görülməsi 85 illik yubileyinə ən böyük töhfədir

Son illər Azərbaycanın bütün sahələrindəki inkişafı ilə müşahidə olunur. İqtisadi, sosial, mədəni sahələrdə əldə olunan nailiyyətlərə dövlətimizin bu sahələrə ayırdığı diqqət, dövlət büdcəsindən ayrılan maliyyə vəsiti, bir sıra Dövlət Proqramlarının uğurla icrasına böyük təkandır. Azərbaycan uğurlu inkişaf yolundadır.

Bütün sahələrə ayrılan diqqətlə yanaşı elm, təhsil sahəsinə göstərilən qayğı Azərbaycanın dünyaya inteqrasiyası prosesində önəmli faktordur. Azərbaycan Prezidenti İlham Əliyevin elminin inkişafı istiqamətində imzaladığı məlum Sərəncamları elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, alimlərin fəaliyyətinin stimullaşdırılması üçün vacib hesab olunan amillərdir. Belə ki, ölkəmizdə Elmin İnkişaf Fondu yaradılıb. Azərbaycan elminə ayrılan vəsait kifayət qədər artırılıb. Azərbaycanın peykinin orbitə çıxarılması artıq ölkəmizin bölgənin elm mərkəzinə çevrilməsi yolunda böyük addımdır. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi Azərbaycan bölgənin iqtisadi, siyasi mərkəzidir: "Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir".

Elmin inkişafından danışarkən bu sahənin fədakar insanlarının əməyini vurğulamaq vacibdir. Dövlət tərəfindən belə insanların elmi fəaliyyətinə ayrılan diqqət, dövlət qayğısı onların beyin məhsulunu ortaya qoyur, elmi fəaliyyətlərini stimullaşdırır.

85 illik ömür yolunda yorulmaq bilmədən çalışan akademik Cəlal Əliyevin Azərbaycan Respublikasında elmin inkişafında xidmətlərinə və ictimai-siyasi həyatda fəal iştirakına görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə"Şərəf" ordeni ilə təltif edilməsi dövlət tərəfindən göstərilən qayğının daha bir nümunəsidir.

Biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, "İstiqlal" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvü olan Cəlal Əliyevin bu adlara layiq görülməsi və məsul işlərə cəlb edilməsi onun ömür yolunda əldə etdiyi uğurlarıdır. Təbii ki, bu nailliyyətlərin əldə olunması gərgin əməyin, uzun illərdəki elmi tədqiqatlarının məntiqi nəticəsidir. Elmi fədakarlığı nəticəsində 60-ə qədər elmi əsərin, onlarca monoqrafiyanın, kitabın müəllifinə çevirib.

Akademik Cəlal Əliyev tərəfindən ET Əkinçilik İnstitutunda inkişaf etdirilən əsas istiqamətlərdən biri də bioloq, kimyaçı, fizika, riyaziyyatçı və hətta mühəndislərin seleksiya proqramlarının yerinə yetirilməsinə cəlb edilməsi və onların məşhur elm mərkəzlərində, xarici ölkələrin müvafiq universitetlərində təhsil almaları olmuşdur. Təsadüfi deyildir ki, akademikin bilavasitə təşəbbüsü ilə 250-dən artıq elmlər namizədi və elmlər doktoru hazırlanmışdır. Onların səksəninə Cəmil Əliyevin şəxsən özü rəhbərlik etmişdir. Onun bir çox tələbələri MDB, ABŞ, Almaniya, Fransa, Kanada, Avstraliya, Yaponiya, İsveç, İsrail, Birləşmiş Krallıq və başqa ölkələrə dəvət olunmuş və hal-hazırda orada müvəffəqiyyətlə çalışırlar. Təsadüfi deyildir ki, akademik Cəlal Əliyev və onun hazırladığı kadrlar 1993-cü ildə bioloji məhsuldarlıq proseslərinin molekulyar əsaslarının öyrənilməsində böyük nailiyyətlərə görə Beynəlxalq Soros Fondunun 8 qrantına layiq görülmüşlər.

Akademik C.Əliyevin elmi fəaliyyətini dərindən öyrənən Rusiya, Ukrayna, Belarus Kənd Təsərrüfatı Elmləri akademiyaları 1995-1996-cı illərdə onu bu akademiyaların həqiqi üzvü seçmişlər. Ona təqdim olunan diplomlar alimin işinə verilən yüksək qiymət və ehtiramın bariz nümunəsidir.

Cəlal Əliyev bir sıra beynəlxalq və milli cəmiyyətlərin, o cümlədən Bitkilərin molekulyar biologiyası üzrə beynəlxalq cəmiyyətin, Amerika bitki bioloqları cəmiyyətinin, Forosintez tədqiqatları üzrə beynəlxalq cəmiyyətin, Yaponiya bitki fizoloqları cəmiyyətinin, Hüceyrə stresi üzrə beynəlxalq cəmiyyətin üzvüdür. Eyni zamanda, YUNESKO yanında "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" Milli Komitəsinin sədridir. Cəlal Əliyev həm də 1994-cü ildən etibarən Azərbaycanda biologiya elminin yeni sahələrinin inkişafı fondunun prezidentidir.

Akademik elm qarşısında böyük xidmətlərinə gürə 2 dəfə "Qırmızı əmək bayrağı", Müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı "İstiqlal" və Gürcüstan Respublikasının "Şərəf" ordenləri ilə təltif olunmuşdur. Bu gün isə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Şərəf" ordeninə layiq görülməsi 85 illik ömür yolunda çoxillik fəaliyyətinə ən böyük töhfədir.

NƏZAKƏT

Digər xəbərlər