PDF Oxu

Siyasət

  • 15

Azərbaycanın Los Ancelesdəki baş konsulu Amerika Yəhudi Komitəsində çıxış edib

Azərbaycanın Los Ancelesdəki baş konsulu Amerika Yəhudi Komitəsində çıxış edib

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin şəhər nümayəndəliyinin dəvəti ilə təşkilatın İdarə Heyətinin üzvləri qarşısında Azərbaycana həsr olunmuş təqdimatla çıxış edib.

Məlumata görə, təqdimatdan öncə nümayəndəliyin icraçı direktoru Mark Daymond, beynəlxalq komitənin sədri Qeri Cekobs və təşkilatın Azərbaycan üzrə əlaqələndiricisi Eli İbrahimzade çıxış edərək, Azərbaycanın İsrail və ABŞ üçün böyük önəm daşıdığını və ölkəmizdə əsrlər boyu yəhudilərin dinc və əmin-amanlıq şəraitində yaşadığını qeyd ediblər. Natiqlər həmçinin Azərbaycan ilə AYK arasında sıx münasibətlərin mövcud olduğunu diqqətə çatdırıblar.

Baş konsul çıxışında əsasən Azərbaycanın yaxın tarixi və hazırkı inkişafı, regionda oynadığı aparıcı rol, Azərbaycan-ABŞ və Azərbaycan-İsrail tərəfdaşlığı, ölkəmizdəki yəhudi icması və bu icmaya Azərbaycanda daim göstərilən diqqət və qayğı, Azərbaycanın güclü dini və etnik dözümlülük ənənələrindən bəhs edib. Baş konsul Azərbaycan-İsrail münasibətlərini "xüsusi tərəfdaşlıq münasibətləri" kimi səciyyələndirərək, bu münasibətlərin davamlı xarakter daşıdığını və hər iki dövlətin, xalqın mənafelərinə cavab verdiyini vurğulayıb. Diplomat Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və yüz minlərlə azərbaycanlının bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin salınması barədə dinləyiciləri ətraflı məlumatlandıraraq qeyd edib ki, Ermənistan tərəfindən bu ədalətsizliyin və qanunsuzluğun hələ də davam etdirilməsinə dünya birliyi göz yummamalıdır.

yap.org.az

Digər xəbərlər