PDF Oxu

Siyasət

  • 6

Əli Həsənov: İkitərəfli Rusiya-Azərbaycan münasibətləri inkişaf edir və genişlənir

Əli Həsənov: İkitərəfli Rusiya-Azərbaycan münasibətləri inkişaf edir və genişlənir

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dördüncü Rusiya-Azərbaycan Forumu çərçivəsində iyunun 5-də Volqoqradda "Bakı" parkının təməlqoyma mərasimində çıxışı zamanı qeyd etmişdir: "Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü və Bakının Nərimanov Rayon İcra Hakimiyyəti başçısının dəstəyi ilə bir sıra buna bənzər layihələr həyata keçirilmişdir. Tezliklə həştərxanlılar da Bakıda dostluq parkı açacaqlar. Bu, bütöv bir dövr ərzində azərbaycanlıların və rusların bir-birini başa düşmək bacarığı nümayiş etdirdiklərinin, qarşılıqlı hörmətin əvəzsiz təcrübəsini qoruyub saxladıqlarına dəlalət edir. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin yürütdükləri siyasət sayəsində ikitərəfli Rusiya-Azərbaycan münasibətləri inkişaf edir və genişlənir. Biz bundan sonra da əlaqələrimizin dərinləşməsi və genişlənməsi istiqamətində irəliləyəcəyik".

yap.org.az

Digər xəbərlər