İyunun 6-da Beynəlxalq Muğam Mərkəzində "Bəşəriyyət sülhə və işgüzar əməkdaşlığa "hə", müharibə və münaqişələrə "yox" deyir" mövzusunda Beynəlxalq konqres işə başlamışdır.
Tədbirdə Azərbaycan Sosial Rifah Partiyasının sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı seçilmiş mövzunun aktuallığından və bu gün dünyanı narahat edən məsələlərin həll olunmasında işgüzar əməkdaşlığın mühüm rolundan geniş söz açmışdır.
Konqresdə müharibələrin dövlətlərə və xalqlara, ümumilikdə, bəşəriyyətə gətirdiyi bəlalardan danışılmışdır.
AzərTAc