PDF Oxu

Siyasət

  • 14

Valeh Hacıyev: Son illər diaspor təşkilatlarımız öz fəaliyyətlərini daha da gücləndirirlər

Valeh Hacıyev: Son illər diaspor təşkilatlarımız öz fəaliyyətlərini daha da gücləndirirlər

"Azərbaycan dövləti diaspor təşkilatlarımızın fəaliyyətinə böyük diqqət və qayğı göstərir". Bu fikri Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev deyib.

V.Hacıyev bildirib ki, son illər diaspor təşkilatlarımız öz fəaliyyətlərini daha da gücləndirirlər. Onun sözlərinə görə, bu amil soydaşlarımızın yaşadıqları olkələrin ictimai-siyasi proseslərində iştirakının güclənməsinə də öz müsbət təsir göstərir.

"Eyni zamanda, Azərbaycan və Türk diasopr təşkilatları birgə səylərini əhəmiyyətli dərəcədə artırıblar. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, qondarma "erməni soyqırımı" təbliğatını ifşa etmək və türk dünyasının digər problemlərini həll etmək üçün diaspor təşkilatları birgə fəaliyyətlərini daha da gücləndirməlidirlər"- deyə, Komitə sədrinin müavini qeyd edib.

yap.org.az

Digər xəbərlər