PDF Oxu

Siyasət

  • 9

XİN Aİ Şurasının sədrinin bəyanatını alqışlayır

XİN Aİ Şurasının sədrinin bəyanatını alqışlayır

"Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının sədri Herman van Rompeyin Qafqazda sabitliyin möhkəmləndirilməsi, ərazi bütövlüyü və müstəqillik prinsiplərinə əsaslandırılması haqqında bəyanatını alqışlayır". SİA-nın məlumatına görə, bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu, beynəlxalq ictimaiyyətin ərazi bütövlüyü və müstəqillik prinsiplərinə hörmət etməsinin və güc tətbiqi yolu ilə sərhədlərin dəyişdirilməsinə qarşı çıxmasının göstəricisidir: "Bu, bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ilə beynəlxalq ictimaiyyətin mövqeyi üst-üstə düşür".

Qeyd edək ki, Yekaterinburqda olan Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompey bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prinsiplərini indidən razılaşdırmaq lazımdır.

sia.az

Digər xəbərlər