"Bu gün Milli Şuranı ciddi siyasi qüvvə kimi tənqid etməyə ehtiyac yoxdur. Çünki, bu şuranı yaradanların primitiv fəaliyyəti onu ictimaiyyətin lağ pedmetinə çevirib". SİA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva "Facebook" sosial şəbəkəsində Milli Şuranın son durumu ilə bağlı fikirlərini paylaşarkən bilidirib.
Deputatın fikrincə, siyasi müxalifətin bu səviyyədə rəzilolma təcrübəsi dünya miqyasında görünməyib: "Milli siyasi məkanda intellektual və kreativlik resurslarına görə, böyük kasadlıq yaşayan radikal müxalifət Milli Şura timsalında dərin fiasko yaşadı. Əlbəttə, müxalifət düşərgəsində çoxları Milli Şuranı İctimai Palatanın alternativi hesab edirdi. Amma radikal müxalifət təmsilçilərinin kvaziqrup təsiri bağışlaması Milli Şuranı daha asan dağılan oyuncağa çevirdi".
Millət vəkili qeyd edib ki, bu gün vahid namizəd məsələsində ortaq məxrəcə gələ bilməyən Milli Şura təmsilçiləri şəxsi maraqlar üzərində formalaşmış marginal qrup olduğunu isbatlayır.
sia.az